Regional Satış Meneceri
Missiya:
Tikinti sənayesində problemlərin həlli yolunu göstərən bir şirkət kimi yerini möhkəmləndirmək və şirkəti müştəri üçün üstünlük veriləcək partnor səviyəsinə qaldırmaq.
Mühüm vəzifələr:
• Komanda arasında ƏMTT mədəniyyətini aşılamaq və ƏMTT qaydalarına əməl olunmasında fəal dəstək olmaq
• Davranış Kodeksinə əməl etmək
• Əsas müştərilərlə uzun müddətli strateji əməkdaşlıq yaratmaq, onların rəqibə çevrilməsinə şərait yaratmamaq
• Şirkətin öhdəliklərinə nail olmaq üçün strateji planların hazırlanması və tətbiqi
Öhdəliklər:
• Satış komadasını yaxşı nəticələr əldə etməyə ruhlandırmaq
• Satış komandasının fəaliyyətin təşkil edir və komandanın hər bir üzvü üçün gəlir hədfələrini müəyyənləşdirir.
• Satış komadası üzvlərinin ardıcıl təlimlərini və inkişafını təşkil etmək
• Ərazi üzrə Satış Menecerləri ilə birgə müştərilərin idarəolunması planını hazırlamaq
• Satış prosesində inkişaf etdiriləcək əsas sahələri müəyyənləşdirmək
• Yeni müştərilər üçün market imkanlarını müəyyən etmək
• Biznesin digər rəhbərlərilə aylıq toplantılarda iştirak etmək.
• Büdcəyə uyğunluq və fərqliliklər haqqında satışın fəaliyyətinə dair aylıq hesabat vermək.
Tələb olunan keyfiyyətlər:
• Tikinti və tikinti materialları sahəsində Ali təhsil (mühədis və sair)
• Satış, idarəçilik, əsas müştərilərin idarəolunması və ya digər müvafiq sahələrdə 2 il iş təcrübəsi (tikinti və muhədizlik sahəsində olanlara üstünlük veriləcək)
• Müştərilərin ehtiyaclarını görə bilmək və onların təcrübi olaraq həyata keçməsinə nail olmaq
• Yüksək inkişaf etmiş social, insanlarala ünsiyyət yaratmaq qabiliyyəti
• Vaxt intizamı və təzyiq altında işləmək bacarığı
• Təkliflər yazmaq, layihəyə rəhbərlik etmək və analitik bacarığa malik olmaq
• Müştərilərə yüksək səviyyədə təklifləri irəli sürmək bacarığı
• Aydın şəkildə qoyulmuş satış hədfələrinin həyata keçirilməsi istiqamətində sərbəst işləmək
• Danışıq və problemləri həll etmək qabiliyyəti.
Müraciət proseduru:
Maraqlananlar CV-lərini mövzu bölməsində “Regional Satış Meneceri” yazmaqla [email protected] ünvanında, yerləşdirə bilərlər.
Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.
CV-lərin son qəbul tarixi: 12 noyabr 2018-ci ildir.
İşə müraciət ərizənizi yerləşdirməklə siz müəyyən şəxsi məlumatlarınız haqqında bilgi verməyinizi anlayır və qəbul edirsiniz. Bura həmçinin Holcim Azərbaycanın müsahibə vaxtı sizdən əldə edə biləcəyi məlumatlar da daxildir. Siz razılaşırsınız ki, Holcim Azərbaycan bu məlumatlar əsasında müraciətinizin və peşəkarlığınızın müraciət etdiyiniz vəzifəyə nə dərəcədə uyğun olması haqqında qərar verə bilər. Holcim Azərbaycan işə qəbul prosesinə yardımçı olmaq məqsədilə xarici şirkətlər,habelə üçüncü tərəf şirkətləri də sizin yazdığınız şəxsi məlumatlara daxil olmağa cəlb edə bilər.