Regionlar üzrə kredit qoyuluşu azalıb

1 Aprel tarixində ölkədə regionlar üzrə kredit qoyuluşu azalıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi bir ay ərzində kredit qoyuluşu 64 833.9 mln manat azalaraq, 20 632 326,1 mln manat təşkil edib.

Təkcə Bakı şəhərində isə kredit qoyuluşu 17250680,3 min manat təşkil edib ki, bu da bir ay ərzində Bakı şəhəri üzrə kredit qoyuluşunun 43 869.4 min manat azalması deməkdir. Statistika göstərir ki, Bakı şəhəri üzrə qoyulan kreditlər ümumi kredit qoyuluşunun 83%-ni təşkil edir. Ötən ay isə bu göstərici 83.5% olub.

Digər regionlarda gəldikdə isə

Abşeron iqtisadi rayonu- 657 334,0 min manat, Aran iqtisadi rayonu – 837 289,9 min manat, Dağlıq Şirvan iqtisadi rayonu- 111 022,4 min manat, Gəncə-Qazax iqtisadi rayonu- 743 662,7 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 286 980,1 min manat, Lənkəran iqtisadi rayonu -304 046,8 min manat, Şəki-Zaqatala iqtisadi rayonu – 239 523,0 min manat, Naxçıvan iqtisadi rayonu- 131 837,4 min manat təşkil edib.

Hazırda ən az kredit qoyuluşu 111 022,4 min manatla Dağlıq Şirvan iqtisadi rayonunda, ən yüksək kredit qoyuluşu isə Bakı şəhərindən sonra 837 289,9 min manatla Aran iqtisadi rayonunda müşahidə olunub.

^FCD57B16D6544101BA3B7A507805A18658C1AE5177C48ABFC5^pimgpsh_fullsize_distr