1 Mart tarixində ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər ciddi şəkildə artıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi bir ay ərzində 811 335.4 min manat və ya 11% artaraq 7 932 675.2 min manat təşkil edib.
Təkcə Bakı şəhərində isə cəlb olunmuş əmanətlər 7 310 051,1 min manat təşkil edib ki, bu da bir ay ərzində Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlərin 759 777.8 min manat yəni, 11.5% artması deməkdir.
Statistika göstərir ki, Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlər cəmi əmanətlərin 92%-ni təşkil edir.
Digər regionlarda gəldikdə isə
Abşeron iqtisadi rayonu- 194 145,3 min manat, Aran iqtisadi rayonu – 100 170,3 min manat, Dağlıq Şirvan iqtisadi rayonu- 14 201,7 min manat, Gəncə-Qazax iqtisadi rayonu- 137 908,2 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 43 335,2 min manat, Lənkəran iqtisadi rayonu – 43 477,8 min manat, Şəki-Zaqatala iqtisadi rayonu – 43 208,8 min manat, Naxçıvan iqtisadi rayonu- 25 291,0 min manat təşkil edib.
Hazırda ən az cəlb olunmuş əmanətlər 14 201,7 min manatla Dağlıq Şirvan iqtisadi rayonunda, ən yüksək kredit qoyuluşu isə Bakı şəhərindən sonra 43 335,2 min manatla Quba-Xaçmaz iqtisadi rayonunda müşahidə olunub.