Azərbaycan Mərkəzi Bankı (AMB) kredit təqdim edən bankların sadəcə paytaxtda deyil, eləcə də regionlarda kredit prosesinin genişlənməsi üçün çox səy göstərməli olacaq. Azərbaycandakı bankların əhali sərmayələrinə görə portfeli 2014-cü il 1 yanvar üçün 5 milyard 978,9 min manatdır, bu keçən ilin göstəricisini 25% üstələyir.
Qeyd edək ki, bu sərmayələr əsasən Bakı əhalisi tərəfindən qoyulan sərmayədir. AMB-nin 2014-cü il 1 yanvara olan məlumatına görə, bank əmanətlərinin 92,6%-i Bakı sakinlərinin payına düşür, bu isə illik 8,1%, respublika üzrə isə 8% olur.
1 yanvar 2014-cü il göstəricilərinə görə banklar regionlardan 475 milyon 632,3 min manat sərmayə qəbul ediblər, bu isə 2013-cü ilin əvvəlinə olan göstəricidən 32,4% çoxdur. Regionlarda banklarda əsasən Abşeron iqtisadi rayonunun əhalisi aktiv şəkildə pul əmanəti saxlayır. 1 yanvar 2014-cü il tarixi üçün Abşeron iqtisadi rayonunun əhalisinin banklarda sərmayəsinin həcmi 151 milyon 187,1 min manatdır, illik 9%-dir. Sərmayənin qalan hissəsi respublikanın digər iqtisadi rayonlarının sakinlərinin payına düşür.
Bakıda olduğu kimi regionlarda da əhali sərmayə əməliyyatlarını milli valyuta ilə aparır. Analoji vəziyyət kredit əməliyyatında da müşahidə olunur. Belə ki, Azərbaycan banklarının Bakı müştərilərinə 2013-cü ildə verdiyi kredit 19,2% – 13 milyard 322 milyon 636,6 manat artıb. AMB-nin məlumatına görə, 2014-cü ildə yanvar ayının 1-nə qədər Bakı kreditorlarına verilən kredit həcmi, bütün bankların kredit sərmayəsinin 86,4%-ni təşkil edir. Cari ilin əvvəlində vaxtı keçən kreditlərin həcmi 679 milyon 378,7 min manat və ya paytaxtda verilən bütün kreditlərin 5,1%-dir. Bütövlükdə Bakıda banklar tərəfindən verilən kreditin illik faizi 13,3%-dir. Respublika üzrə isə kreditlərin verilmə faizi 14,2%-dir.
Regionlarda kommersiya bankları hüquqi və fiziki şəxslərə kredit verilməsinə üstünlük verirlər. Abşeron iqtisadi rayonu – 459 milyon 326,1 min manat (orta illik faiz 18,3%), Aran iqtisadi rayonu – 741 milyon 315,1 min manat (orta illik faiz 19,9%), Gəncə-Qazax iqtisadi rayonu – 268 milyon 579 min manat (20,7%), Lənkəran iqtisadi rayonu – 218 milyon 440,6 min manat (21,6%). Kredit həcminin qalan hissəsi respublikanın digər iqtisadi rayonlarının payına düşür. Bu məlumatdan göründüyü kimi, regionlar üzrə ümumi faiz paytaxtda olduğundan aşağıdır, kreditlər üzrə isə əksinə Bakıda olan göstəricilərdən yüksəkdir.
Bəlkə də regionlarda bank kreditlərinin fəal istifadə edilməməsinin səbəbi elə bu fərqdir.
Oxu.az