1 Mart tarixində ölkədə regionlar üzrə kredit qoyuluşuartıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi bir ay ərzində 2 117 392.6 min manat və ya 11% artaraq 20 697 160,0 min manat təşkil edib.
Təkcə Bakı şəhərində isə kredit qoyuluşu 17 294 549,7 min manat təşkil edib ki, bu da bir ay ərzində Bakı şəhəri üzrə kredit qoyuluşunun 187 1118.1 min manat yəni, 12% artması deməkdir.
Statistika göstərir ki, Bakı şəhəri üzrə qoyulan kreditlər ümumi kredit qoyuluşunun 83.5%-ni təşkil edir. Ötən ay isə bu göstərici 83% olub.
Digər regionlarda gəldikdə isə
Abşeron iqtisadi rayonu- 666 467,2 min manat, Aran iqtisadi rayonu – 841 049,8 min manat, Dağlıq Şirvan iqtisadi rayonu- 110 604,7 min manat, Gəncə-Qazax iqtisadi rayonu- 750 288,5 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 289 183,7 min manat, Lənkəran iqtisadi rayonu -307 289,4 min manat, Şəki-Zaqatala iqtisadi rayonu -241 032,3 min manat, Naxçıvan iqtisadi rayonu- 127 789,6 min manat təşkil edib.
Hazırda ən az kredit qoyuluşu 110 604,7 min manatla Dağlıq Şirvan iqtisadi rayonunda, ən yüksək kredit qoyuluşu isə Bakı şəhərindən sonra 841 049,8 min manatla Aran iqtisadi rayonunda müşahidə olunub.







