Bu ilin birinci rübü ərzində Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7.5 milyard manat olub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 13.1 % (nominal qiymətlərlə) artıb.