Regionlarda mənzil tikintisi kəskin artıb

Azərbaycanda 2025-ci ildə bir sıra iqtisadi rayonlarda istifadəyə verilən yaşayış sahəsinin həcmində kəskin artım qeydə alınıb.

Banker.az-ın məlumatına görə, Gəncə-Daşkəsən iqtisadi rayonunda istifadəyə verilmiş yaşayış sahəsi 19.4 min kvadratmetrdən 219 min kvadratmetrə yüksələrək 11 dəfədən çox artıb.

Lənkəran-Astarada göstərici 99.7 min kvadratmetrdən 562.8 min kvadratmetrə, Quba-Xaçmazda isə 68.4 min kvadratmetrdən 382.7 min kvadratmetrə çatıb.

Şəki-Zaqatalada 365.3 min, Dağlıq Şirvanda isə 135.7 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.

Rayonlar üzrə yüksək göstəricilər arasında Lənkəran rayonu 266.2 min, Qəbələ 152.4 min, Astara 119.6 min, Quba 118.8 min və Xaçmaz 118.5 min kvadratmetrlə seçilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər