Azərbaycanda Bakıda nağdsız ödəniş vasitələri inkişaf etdiyi halda, regionlarda geriləmə müşahidə edilməkdədir. Azərbaycanda 1 iyul 2021-ci il tarixinə olan hesabata görə, POS-terminal sayı 60 150 ədəd təşkil etmişdir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının statistik östəricilərinə istinad edir.
POS-terminalların sayı aylıq müqayisədə 499 ədəd, yaxud 0.84% artmışdır.
Ümumi artımda müsbət dinamikanı yaradan isə paytaxtdakı artımlarla bağlıdır. Belə ki, bu ödəniş vasitələri Bakıda 655 ədəd (1.7%) artmış, regionlarda isə 156 ədəd (0.8%) azalmışıdır.
Hökumətin vergidən yayınmaların qarşısını alacaq innovativ layihəsi “ƏDV geri al” layihəsindən sonra hazırda pərakəndə ticarətdə nağdsız ödəniş vasitəsi üçün POS-terminallardan daha çox istifadə olunur. AMB-nin son göstəricilərinə görə, pərakəndə ticarət obyektlərində 58 433 ədəd POS-terminal olmuş, bunun da 38 704 ədədi paytaxt Bakıda, 19 729 ədədi isə regionlarda olmuşdur. Bu isə o deməkdir ki, son aylıq müqayisədə paytaxta 355 ədəd (0.9%) artmış, regionlarda isə 164 ədəd (0.82%) azalmışıdır.
AMB 2021-ci ilin birinci yarımillik üçün açıqladığı göstəriciyə görə ölkədə hər 100 manat ödənişin 28 manatı nağdsız aparılır. Öncəki ildə hər 100 manat ödənişin cəmi 22 manatı nağdsız idi.