9 C
Baku
Friday, December 13, 2024

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına 104 milyard manat investisiya yatırılıb

“Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş dörd dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir”.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, 2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb:

“Regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının tikintisi davam edir. 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunel, 3 300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 olimpiya idman kompleksi tikilib və ya təmir olunub”.

Son xəbərlər
Digər xəbərlər