19 C
Baku
Tuesday, April 16, 2024

Reklam bankları müflis olmaqdan qurtara bilər

Banklara əmanət qoyuluşunda artım müşahidə olunur, amma bu  əhaliyə verilən güzəştlərlə üst-üstə düşmür.  İnflyasiya dövründə bütün sahələrdə qiymət enmələri müşahidə olunsa da  banklarda  əmanətlər üzrə faiz dərəcələri yüksək idi.  

Mərkəzi Bankın məlumatına əsasən, əhalinin banklarda olan əmanətlərinin ümumi məbləği6656.3 mln manat təşkil edir.

Bu keçən ilin eyni dövrünün göstəricisindən 21% artıq olsa da mütəxəsislər ümumi inkişaf dinamikasının yetərli olmadığını bildirirlər.

Bir çox bank müştəriləri kredit, əmanət və digər məhsullar haqqında məlumatlı deyillər.

Ekspertlərin fikrinə görə  bu vəziyyətdən elə bankların özləri əziyyət çəkir. Belə ki, əmanətlərin qoyuluşunda azalma müşahidə olunur və onların banklara olan etimadı azalır.

Mütəxəsislər vəziyyətdən çıxış yolunu bankların reklam və təbliğatının yüksəlməsində görürlər.

Son xəbərlər
Digər xəbərlər