- Braziliyanın Sao Paulo şəhərində küçə reklamı yoxdur. Şəhərin çirklənməsinə qarşı mübarizə proqramı çərçivəsində, hələ 2007-ci ildə şəhərin meri tərəfindən plakat və lövhələrin yığışdırılması qərarı qəbul edilib.
- Dünyanın ən bahalı reklamı Chanel şirkəti tərəfindən yaradılıb və 33 milyon dollara başa gəlib, məbləğin 3 milyonu reklamda rol alan Nikol Kidmana verilib.
- Əczaçılıq şirkətləri tədqiqata nisbətən, marketinq və reklama 2 dəfə daha çox pul xərcləyirlər. Satışdan əldə olunan gəlirin 24%-i malların reklamına, yalnız 13%-i isə tədqiqatlara sərf olunur.
- İstənilən qol saatı haqqında reklam yaradılarkən, oxlar hər zaman 10:10 və ya 8:20-nin üzərində olur. Bu, ilk növbədə, oxların brendin adını örtməməsi üçün edilir. Bundan əlavə, oxların bu cür yerləşdirilməsi təbəssümə bənzəyir və insanlarda müsbət əhval-ruhiyyə yaradır.
- Markateloqlar qrupunun çox hissəsi yeyinti sənayesinin məhsullarını reklam edir.
- İlk reklam bilbordu 1900-cü ildə Amerikada yaradılıb. Məhz o zaman amerikalılar avtomagistral və mərkəzi küçələr boyu bilbordların yerləşdirilməsinə qərar vermişdilər.
- ABŞ Milli Futbol Liqasının çempion adını almaq üçün Super Bowl final matçının yayımlanması zamanı göstərilən 30 saniyəlik peklam çarxı 3 milyon dollar dəyərində idi.
- Uşaqlar üçün məhsulların reklamında çəkilən aktyor-uşaqlar adətən hədəf auditoriyasından daha böyük olurlar. Marketoloqlar bilərəkdən daha böyük uşaqları reklama çəkirlər ki, onlar özlərindən kiçik uşaqlar üçün nümunə olsunlar.
- İlk yazılı reklam Londonda saxlanılan Misir papirusu hesab olunur. Papirusda qulun satılması haqqında məlumat əks olunub.
- Dove şirkətinin “Gözəlliyin təkamülü” adlı reklamının buraxılması müasir reklam tarixində ilk sensasiya oldu, yalnız bir gecə ərzində dəb sənayesinin səhnəarxası həyatını gösrətən video çarxı bir milyondan çox adam izləmişdi.
- Daş sütunu üzərində oyulmuş ən qədim reklam Qədim Misirin Memfis şəhərinin xarabalıqlarında aşkar olunub. E.ə. 500-ci ildə yaranmış ilk reklamda “Mən, Kipr adasından Minos, burada yaşayıram, tanrıların lütfü ilə yuxuları aşağı qiymətə yozma qabiliyyətinə malikəm”, – yazısı əks olunub.
- İlk reklam banneri 1994-cü il oktyabrın 27-də Hotwired onlayn jurnalında 468-in 60-a piksel ölçüsündə meydana gəlmişdi. Sonradan ən məşhur banner ölçüsü olan bu ölçünün sirri çox sadə idi: bütün məqalələr yerləşdirildikdən sonra səhifədə qalan boş yer məhz bu qədər idi və reklam bu sahədə yerləşdirilməli idi.
- 65 yaşına çatan hər bir adam təxminən 2 milyon reklam çarxı izləyir.
- Reklamda yeməyin daha iştahaaçan görünməsi üçün, çəkilişlər zamanı süni yeməkdən istifadə olunur. Məsələn, içkilərin içərisindəki köpükcüklər suya yuyucu vasitələrin qrışdırılması sayəsində yaradılır; çəkiliş zamanı buzların əriməməsi üçün, onları akrildən hazırlayırlar; yeməyin iştahaaçan görünməsi üçün üstünə xüsusi şəffaf yapışqan tökülür.
- Hər il bütün dünya üzrə şirkətlər reklama 500 milyard dollardan çox vəsait sərf edirlər.