“Ukrayna Ticarət Evi” MMC məhkəməlik olub.
Banker.az-ın məlumatına görə, şirkətlə bağlı İXM-nin 428.7.3-cü maddəsi ilə bağlı protokol hazırlanıb.
Bu maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
İşə Lənkəran Rayon Məhkəməsində hakim Muradağa Qasımovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, “Ukrayna Ticarət Evi” MMC beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.