17 C
Baku
Saturday, May 18, 2024

Reklam və elan necə yaranıb?

Elan vermək – insanlara hansısa məlumatın çatdırılmasıdır. Bu hansısa məhsulu, xidməti, təklifi təqdim etmək vasitədir.

Elanlar vaxtilə təbii yolla yaradılmışdır və ilk əvvəldən müxtəlif növlərə sahibdir. Məsələn, qədim Misir dövrünə aid papiruslar tapılmışdır ki, onlar üzərində qaçmış qulları geri gətirənə mükafat vəd olunur. Bu papirusların 3 min il yaşı olsa da, bu əsl elandır. Təklif olunan xidmətlərin əks olunduğu elanlar hələ 5 min il bundan əvvəl Yunanıstan və Misirdə evlərin qapılarına yapışdırılırdı. Bu da elanın bir növü idi.

Çap edən qurğuların ixtira edilməsi ilə elanlar da yeni forma qazanırdı. İlk çap olunmuş elan təxminən 1477-ci ildə Londonda peyda olmuşdu və bu elanda bir dua kitabçasının satıldığı elan edilirdi. İlk qəzet elanı isə 1625-ci ildə bir London qəzetinin son səhifəsində yerləşdirilmişdi.

ABŞ-da ilk ödənişli elanların çapı 1704-cü ildə yarandı. 1771-ci ildə müstəmləkələrə 31 qəzet paylanılırdı ki, onların hamısı da elan çap edirdi. Məlumdur ki, artıq bizim günümüzdə elanlar tək qəzetlərdə çap olunmur, həmçinin radio və televiziyada da səslənir. Radio vasitəsilə isə ilk kommersiya məlumatı 1920-ci ildə səsləndirilmişdi.

Televiziya vasitəsilə isə ilk reklamların yayımlanması yalnızca İkinci Dünya Müharibəsindən sonra inkişaf etdi. Bu ideya qısa zaman ərzində sürətlə inkişaf etdi və hazırda bir çoxları televiziyada göstərilən reklamları filmlərdən daha yaxşı yadda saxlayırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər