9 C
Baku
Monday, February 16, 2026

REKORD: 2025-ci ilin təkcə dekabrında Azərbaycana 9 t qızıl idxal edilib

Azərbaycan  2025-ci ilin dekabrında xaricdən 9 ton üzərində qeyri-monetar qızıl idxal etməklə tarixi rekord vurub. Halbuki, 2024-cü ilin aprelindən bu tərəfə başlanan idxal prosesində ən yüksək göstərici 2025-ci ilin yanvarında 7.95 ton olaraq qeydə alınmışdı.

Banker.az ümumi idxal rəqəmlərini hesablayaraq 2025-ci il üzrə ümumilikdə 57 475 kiloqram həcmində qeyri-monetar qızıl alışı həyata keçdiyi nəticəsinə gəlib. Qızıl idxalı Azərbaycandan xaricə ümumi həcmi 6 mlrd.  264.8 milyon ABŞ dolları valyuta axıdıb. Bu, ümumi 24 mlrd. 380 milyon dollarlıq idxalın 26%-i deməkdir.

Məhz son iki ildə qeydə alınan idxal rəqəmləri səbəbindən Azərbaycanın ticarət saldosundakı müsbət saldonun həcmi daralıb. Təsadüfi deyil ki, Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinə dair 4 fevral iclasında 2025-ci ildə ölkənin xarici ticarətində 0.7 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alındığını bildirib. AMB deyib ki, ilkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6.9 mlrd. dollarını üstələyir.334 scaled

Qızıl əsas İsveçrə (9.39 ton), Avstraliya (8.10 ton), Amerika Birləşmiş Ştatları (7.47 ton), Rusiya (6.94 ton), Birləşmiş Krallıq (4.86 ton) və Özbəkistan (4.15 ton) kimi ölkələrdən alınıb. Tam siyahıya cədvəldən baxmaq olar.

 

Sarı metal son 4 ildə geosiaysi risklər səbəbindən bir çox dövlətlər, inistutsional təşkilatlar, şirkətlər və pərakəndə investorlar üçün əsas ehtiyat sığınacağına dönüb. Bu səbəbdən də birjalarda onun qiyməti hər il demək olar ki yüksəlib. Beləliklə, qızıl son beş ildə 180 faiz üzərində dəyər qazanaraq bir unsiyası 5000 dolların üzərinə çıxıb. Məsələn, dekabrın son iş günü 1 unsiya qızıl 5600 dollara yaxın yüksəlmişdi.

42343223432 scaled

Dünya Qızıl Şurasının (WGC) məlumatına görə, ötən il mərkəzi bankların qızıl alışları 20% azalaraq 863.3 tona düşüb. Yüksək qiymətlər səbəbindən rəsmi sektor alışları zəiflətsə də, investisiya tələbi kəskin artıb — fondlar və fərdi investorların alışları 84% yüksələrək 2175 tona çatıb. Qızılla təmin edilmiş ETF-lərə rekord kapital axını olub. Beləliklə, qiymət artımının əsas hərəkətverici qüvvəsi artıq mərkəzi banklar deyil, investor tələbidir.

Azərbaycan Respublikasının suveren fondu sayılan Dövlət Neft Fondu qızıl alışlarını kəskin artırıb.  2025-ci il ərzində fond 53.4 ton qızıl alaraq ehtiyatları 200 tona çatdırıb . 2024-ün sonunda ehtiyat 146.6 ton idi. Qızılın portfeldə pay33

Qızılın qiyməti iri investisiya banklarının proqnozlarında da yuxarı doğru çəkilir. Misal olaraq, “J.P. Morgan” 2026-cı ilin sonuna qədər orta qiymətin təxminən 5 055 $/unsiya olacağını, daha optimist ssenaridə isə 6 300 $/unsiya səviyyəsinə çata biləcəyini gözləyir. Uzunmüddətli perspektivdə struktur tələb (mərkəzi banklar və investorlar) səbəbilə yüksəliş trendinin davam edəcəyini bildirir.

Bu aqressiv yüksəliş fonunda Azərbaycanın hər kiloqram üzrə qızıl idxalının qiymətlərinə də artıcı təsirini saxlamır. Keçən ilin dekabrında ölkəmizə qızılın bir kiloqramı 135 min dollara gətirilib. Bu, öncəki noyabrda 133  dollar, 2024-cü ilin eyni dövründə 86 dollar idi.

Nəticə olaraq qızılın bahalaşması ilə Azərbaycana idxal olunan orta qiymət 2024-cü ildəki 81 min dollardan 2025-ci ildə 109 dollara yüksəlib.  Bu da bir kiloqramda ölkənin əvvəlki illə müqayisədə 28 min dollar və ya 35 faiz əlavə xərc çəkməsinə gətirib çıxarır.

2024-cü ilin aprelindən 2025-ci ilin dekabrına qədər idxalın həcmi 98.55 tona yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər