22 C
Baku
Tuesday, October 28, 2025

REKORD: BOKT-lərin aktivlərinin həcmi 1 mlrd. manatı keçib

2025-ci ilin yanvar–sentyabr dövründə BOKT-lərin cəmi aktivləri 979,9 mln. manatdan 1,044 mlrd. manata yüksəlib, bu, 6,5% artım deməkdir. Qeyd edək ki, burada dövlətin BOKT-si “Aqrar Kredit” QSC istisinadır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki,ktiv artımının əsas hissəsi müştərilərə verilən kreditlərdə olub – 744,6 mln. manatdan 867,8 mln. manata (16,5% artım). Lakin kreditlər üzrə mümkün zərərlərin ehtiyatı 56,6 mln. manatdan 120,2 mln. manata qalxıb, nəticədə xalis kredit portfeli 8,7% artımla 747,7 mln. manata çatıb.

İnvestisiyalar 78,9 mln. manatdan 107,2 mln. manata (35,9% artım) yüksəlib, digər aktivlər isə 18,3% azalaraq 100,2 mln. manata düşüb.

Öhdəliklər 517,7 mln. manatdan 543,4 mln. manata artıb (5% artım), əsas drayver isə cəlb edilmiş vəsaitlərdəki 30% artım olub.

Kapital 462,2 mln. manatdan 500,7 mln. manata yüksəlib (8,3% artım), nizamnamə kapitalı 19,5% artaraq 275,2 mln. manata çatıb, bölüşdürülməmiş mənfəət isə 218,2 mln. manatla 9,5% azalıb.

Son xəbərlər
Digər xəbərlər