Sanksiyalar səbəbindən rekord həcmdə – 62 milyon barel “Urals” nefti dənizdəki gəmilərdə qalıb.
Banker.az xəbər verir ki, “Vortexa Ltd” analitika kompaniyasının məlumatına görə, buna “qara qızıl” satışı ilə məşğul olan kompaniyaların Rusiya nefti üçün alıcı tapa bilməməsi səbəb olub.
Qeyd edək ki, Moskvanın Ukraynaya qarşı hərbi təcavüzü səbəbindən ABŞ və bir sıra ölkələr Rusiya neftinin və neft məhsullarının idxalına qadağa qoyub. Bəzi ölkələr isə gələcək sanksiyalardan ehtiyatlanaraq Rusiyadan mal almaqdan imtina edib. Həmçinin Avropa İttifaqı da Rusiya neftinin idxalına embarqo tətbiq etməyi planlaşdırır.