Azərbaycanda bank kartlarının sayı artdığı kimi, onlardan nağdsız ödənişdə istifadə sayı da yüksəlməkdədir. Cari ilin ilk yarısında qeydə alınan rəqəmlər ölkə tarixində yeni rekorddur.
Banker.az xəbər verir ki, 2022-ci ilin ilk yarım ildə Azərbaycanda POS-terminallarla aparılan nağdsız ödəniş əməliyyatlarının həcmi 41 faiz artaraq 2 mlrd. 494 mln. manat olub. Təkcə iyun ərzində POS-terminallarla nağdız ödəniş 484 milyon manat olmaqla indiyə qədər qeydə alınmış ən yüksək rəqəm olub.
2022-ci ilin birinci yarısında ölkədə elektron-ticarətlə ödənişlər öncəki ildən 3 dəfəyə yaxın artmaqla 7 milyard 347 milyon manat olub. Belə görünür ki, 2022-ci il üzrə e-ticarət ödənişlərinin həcmi 15-16 milyard manata çatacaq.
İyun ayı üzrə elektron ödənişlərin həcmi 1 milyard 526 milyon manat olmaqla – tarixi rekord yeniləyib.
| Nağdsız ödənişlər, mln. manat | ||||
| 2022, yarımil | 2021, yarımil | |||
| POS-terminal | E-ticarət | POS-terminal | E-ticarət | |
| Yanvar | 384 | 920 | 221 | 360 |
| Fevral | 361 | 1,016 | 250 | 370 |
| Mart | 443 | 1,242 | 342 | 450 |
| Aprel | 387 | 1,270 | 311 | 421 |
| May | 435 | 1,373 | 313 | 440 |
| İyun | 484 | 1,526 | 327 | 496 |
| CƏMİ | 2,494 | 7,347 | 1,764 | 2,537 |







