17 C
Baku
Monday, October 27, 2025

“Renault” 6 model üzrə yüzlərlə avtomobilini geri çağırır

Fransız avtomobil istehsalçısı “Renault” avtomatik dayanacaq əyləcində yaranmış nasazlıq səbəbi ilə 6 fərqli modelini geri çağırmaq qərarına gəlib.

“Renault”un “Captur”, “Megane”, “Scenic”, “Austral”, “Rafale” və “Espace VI” modelləri bu geri çağırılma siyahısına daxildir.

Nasazlıq Fransa hökumətinin rəsmi saytında paylaşılan məlumatda təsdiqlənib. Məsələ avtomatik əl əyləci sistemindəki mövqe sensorunun düzgün işləməməsi ilə bağlıdır. Bu nasazlıq bəzi hallarda avtomobilin tam dayanmamasına, hətta öz-özünə hərəkət etməsinə səbəb ola bilər.

İstehsalçıya görə, bu problem 2024-cü il aprelin 10-dan 2025-ci il yanvarın 16-dək istehsal olunmuş (“Renault Captur II”, “Renault Megane E-Tech”, “Renault Scenic E-Tech”, “Renault Austral”, “Renault Rafale”, “Renault Espace VI”) bir neçə yüz nəqliyyat vasitəsini əhatə edir. Həmçinin bu nasazlıq “Dacia” markasının “Duster III” modelində də (xüsusilə “böyük soyuq ölkələr üçün” versiyada, 31 oktyabr 2024 – 31 oktyabr 2025 tarixləri arasında istehsal edilmiş avtomobillər) müşahidə edilib.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür nasazlıq ciddi təhlükə yarada bilər. Buna görə, “Renault” və “Dacia” bütün sahibkarlara pulsuz texniki xidmət təklif edir. Geri çağırılan avtomobillərin qüsurlu hissələri rəsmi servis mərkəzlərində pulsuz dəyişdiriləcək. Şirkətin məlumatına görə, əməliyyat qısa müddətdə həyata keçirilir və avtomobilin uzun müddət servisdə qalmasına ehtiyac yoxdur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər