7 C
Baku
Thursday, December 12, 2024

“Renault” avtomobillərinin 90%-ni elektrikləşdirəcək

Fransanın “Renault” avtomobil şirkəti alternativ enerji mənbələrinə keçid sənayesində lider olmaq niyyətindədir.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, 2030-cu ilədək satışa çıxarılan on avtomobildən doqquzu elektrikli olacaq.

Beləliklə, 2025-ci ildə “C” və “D” seqmentlərində daha yeddi elektrikli avtomobil modeli buraxılacaq, onlar sırasında yeni nəsil “Askana E-Tech Hybrid” və “Megane E-Tech Electric” da olacaq.

Bu gün “Renault” markası “E-Tech” texnologiyasına sahib olan altı hibrid avtomobil modelini buraxır. 11 mart tarixidə bütün “Renault” mərkəzlərində yeni “Duster” avtomobilinin satışına başlanılıb. Müştərilər dörd model arasında seçim edə biləcək – “Access”, “Life”, “Drive” və “Style”.

Son xəbərlər
Digər xəbərlər