13 C
Baku
Saturday, November 23, 2024

“Renault Duster” avtomobilləri “Lada” brendi altında istehsal olunacaq

“Renault Duster” avtomobilləri “Lada” brendi altında Rusiyanın Tolyatti şəhərində istehsal olunacaq. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə mayın 16-sı Rusiyanın Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmir yolu mühəndisliyi departamentinin direktoru Denis Pak məlumat yayıb.

Qeyd edək ki, 2021-ci ildə “Renault” Rusiyada satış həcminə görə “Lada”, “Kia” və “Hyundai”dan sonra dördüncü olub. “Duster” modeli ölkədə ən çox satılan avtomobillər siyahısında 9-cü yerdədir.

Keçmiş “Renault Russia” zavodu indi “Moskviç” adlanacaq. Pakın sözlərinə görə, istehsal bu il bərpa olunacaq.

Fevralın sonunda Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması ilə əlaqədar martın 23-də “Renault” bu ölkədə fəaliyyətini dayandırıb.

Son xəbərlər
Digər xəbərlər