Bir həftə əvvəl Moskvadakı zavodunda fəaliyyətini dayandıran Fransanın “Renault” şirkəti Rusiyanı tərk etmək üçün “AvtoVAZ”dakı 68%-lik payını rusiyalı investora satmağı düşünür.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Konsern payının satılmasını “ən uyğun variant” sayır, çünki bu, “avtomobil istehsalçısını Rusiya Lada biznesi və onun 45 min işçisi qarşısında hüquqi məsuliyyətdən azad etməyə” kömək edər.
Qeyd edək ki, Rusiya bazarı – “Renault” üçün ikinci ən böyük bazardır. Ötən ilin sonunda şirkət ölkədəki biznesini 2.4 milyard dollar dəyərində qiymətləndirib. Gəlirlərinin təxminən onda birini Fransa avtomobil istehsalçısı Rusiyadakı satışlardan əldə edib.
“Bloomberg”in yazdığına görə, “Renault” Rusiya bazarını sona qədər tərk etmək istəmirdi: 11 martda nəşr şirkətin “AvtoVAZ”ın milliləşdirilməsindən qorxaraq işləməyə davam etdiyini və mövqeyini ən böyük şirkət tərəfindən dəstəkləndiyini bildirmişdi.
Elə həmin gün “Renault” rəsmi olaraq Moskvadakı zavodun fəaliyyətini “bu gündən” dayandırdığını və “AvtoVAZ”dakı payı ilə bağlı “mövcud variantları nəzərdən keçirdiyini” elan etmişdi.