Fransanın “Renault”avtokonsernin Rusiyadakı törəməsi “Reno Rossiya” QSC Moskvada avtomobil zavodunda seriya istehsalına başlayandan sonra “Arkana” kupeşəkilli krossosverin MDB ölkələrinə ixracına start verib.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, yayda 700-dən çox avtomobil Belarus, Azərbaycan, Ermənistan və Qırğızıstan bazarlarına tədarük olunub. Sentyabrın əvvəlində Qazaxıstanda yeni modelin satışa çıxarılması ixrac strategiyasının son mərhələsi oldu. Yaxın zamanda Monqolustanda maşının satışına başlanması planlaşdırılır.
©İnterfaks-Azərbaycan