17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

“Renault” yeni elektrikli krossoverini təqdim edib – Foto

Screen Shot 2021 09 02 at 14.34.20

Fransanın “Renault” şirkəti yeni elektrikli “Megane E-Tech” krossoverini təqdim edib. Bildirildiyi kimi, avtomobil “CMF-EV” platforması üzərində qurulub. Avtomobilin salonunda 12.3 düymlük rəqəmsal panel və 12 düymlük multimedia displeyi quraşdırılıb.

thumb

Yeni “Renault Megane E-Tech” 130 və 218 at gücündə elektrikli mühərriklə təchiz ediləcək. Sonuncu model 7.4 saniyəyə 100 km/s sürətlənir və bir şarjla 470 km məsafə qət edə bilir.

2021 New Renault Mgane E TECH Electric Nature 1

Avtomobilin buraxılışı 2022-ci ilin fevralında planlaşdırılır. Qiymətlər hələki açıqlanmır.

thumb 2

Xatırladaq ki, mayın 7-si “Renault” alternativ enerji mənbələri sahəsində lider olmaq niyyətini açıqlayıb. 2030-cu ilə qədər satışa çıxarılan on avtomobildən doqquzu elektrikli olacaq.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər