8 C
Baku
Sunday, November 17, 2024

Renkinq – Əhalinin depozitləri ən çox hansı banklardadır? (01.01.2023)

Azərbaycanda fiziki şəxslərin banklardakı cəmi depozitlərinin həcmi açıqlanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, 1 yanvar 2023-cü il tarixinə kommersiya banklarında 11 mlrd. 482.95 milyon manat həcmində fiziki şəxslərin depozitləri var. Bu illik 27% artımdır.

Fiziki şəxslər üzrə depozitlərin 17%-i ABB-nin portfelindədir. İllik müqayisədə 49% artırılmaqla bu portfel 1 mlrd. 907.08 mln. manata yüksəlib.

İkinci sırada 1 mlrd. 642.45 mln. manatla  “Kapital Bank” ASC, üçüncü sırada isə “PAŞA Bank” ASC 1 mlrd. 568.7 mln. manatla dayanır.

“Azər Türk Bank” ASC fiziki şəxslər üzrə depozit portfelini ən böyük dinamika ilə artıran bankdır. Bank son bir ildə fiziki şəxslərdən cəlb etdiyi depozitlərin həcmini 2 dəfə artırmaqla 201.2 mln. manata çatdırıb.

23423424234223 1

 

Son xəbərlər
Digər xəbərlər