7 C
Baku
Thursday, February 6, 2025

Repetitorluq mərhələli şəkildə ləğv ediləcək

Repetitorluğun birdən-birə ləğvi mümkün deyil.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.

“Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək”.

E.Əmrullayev məktəbdaxili repetitorluq fəaliyyətini qəbul etmədiyini qeyd edib:

“Nə qədər ki, ali təhsilə dırnaqarası yalnız savadlı və ağıllılar qəbul olacaq düşüncəsi ilə baxsaq Repititorluq qaçılmaz olacaq. Ali təhsilə giriş asanlaşdırılmalıdır. Əsas olan ali təhsili bitirmək məsələsidir. Bu gün ali təhsil almaq elə də asan deyil”.

Son xəbərlər
Digər xəbərlər