8 C
Baku
Thursday, December 12, 2024

Repo nədir?

Repo müqaviləsi (ing. Repurchase agreement) – qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən – italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur

Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler -10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir.

Repo zəmanəti adətən müəyyən müddət (3-5 il) ərzində qüvvədə qalır.

Repo zəmanətinin Trade-indən əsas fərqi ondadır ki, Repo zəmanəti verən diler avtomobilin satın-alma qiymətini öncə göstərir, dəyəri nağd pulla qaytarır və növbəti avtomobilin alışı üçün heç bir məhdudiyyət qoymur. Bu zəmanətin qüvvədə olması üçün avtodiler avtomobil sahibinin texniki xidmətinin rəsmi servislərdə keçirilməsinə, onun texniki vəziyyətinə, maşının qət etdiyi məsafəyə və s. məhdudiyyətlər qoya bilər.

Repo zəmanəti əsasən əhalidə xüsusi maraq doğuran modellərə tətbiq olunur. Müqavilədə Repo barədə bəndin olması dilerin satılan modeldən əminliyini nümayiş etdirir.

Diler avtomobili alarkən aşağıdakı amillər yoxlanılır: Yol Polisinin verdiyi cəzalar, Ödənişlərin gecikdirilməsi, Üçüncü şəxslər tərəfindən iddiaların olmaması, Avtomobilin həbs cəzasının olmaması.

Avtomobil lizinq şirkətinin balansında və ya bankda girovdadırsa, ödənişlərin gecikdirilməsi nəticəsində yaranan faizlər də nəzərə alınır, mövcud borcun 100%-lik məbləği hesablanır və ümumi Repo dəyərindən çıxılaraq banka və ya lizinq şirkətinə ödənilir. Qalan məbləğ isə keçmiş avtomobil sahibinə ödənilir

MənbəWikiPedia
Son xəbərlər
Digər xəbərlər