18 C
Baku
Friday, September 20, 2024

“Reqlamentləşdirilmiş dividend siyasətinə ehtiyac var” – Vüqar Gülməmmədov

“2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 106.5 mln. manat proqnozlaşdırılıb, icra isə 130.7 mln. manat olub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, proqnozun artıq icra edilməsinə baxmayaraq, bəzi müəssisələr tərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsi fonunda bu mədaxil mənbəyi üzrə daxilolma nəzərdə tutulmayıb və icra edilməyib: “Ümumiyyətlə, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müvafiq təhlillərin aparılmasını məqsədəuyğun hesab edirik. Eyni zamanda, ödənilən və ödənilməli dividendlərin əldə olunan mənfəətə mütənasibliyini təmin etmək üçün reqlamentləşdirilmiş dividend siyasətinə ehtiyac olduğunu da bildirməliyəm”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər