14 C
Baku
Thursday, April 25, 2024

“Reserved” və “Cropp” Rusiyadakı mağazalarını bağlayır

Polşanın “Reserved”, “House”, “Cropp”, “Mohito” və “Sinsay” markalarının sahibi olan “LPP Group” Rusiyadakı mağazalarını bağladığını açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl şirkət Rusiyaya çatdırılmanı, o cümlədən yeni investisiyaları dayandırıb. Qərar Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara uyğun olaraq qəbul edilib.

Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra bir çox xarici istehsalçı Rusiya bazarında işləməkdən imtina etməyə başlayıb. Əməkdaşlığı həmçinin “Adidas” və “Nike” kimi idman markaları da dayandırıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər