15 C
Baku
Monday, October 27, 2025

Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin sayı azaldılıb – Qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 sentyabr tarixli 379 nömrəli Qərarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi 126 vahiddən 100 vahidə endirilib.

Son xəbərlər
Digər xəbərlər