13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Respublika üzrə birdəfəlik sosial ödənişlərin verilməsinə başlanılıb

01 noyabr 2021-ci il tarixindən etibarən respublika üzrə birdəfəlik sosial ödənişlərin verilməsinə başlanılıb.

Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu məlumat verib.

Respublika üzrə birdəfəlik sosial ödənişlərə daxildir:

• dəfn üçün müavinət;
• uşağın anadan olmasına görə müavinət;
• cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət;
• radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət

Xatırladaq ki, məcburi dövlət sosial sığortası vəsaiti hesabına sığortaolunanlara ödənilən birdəfəlik müavinətləri bu siyahıya daxil deyil.

Qeyd edək ki, respublika üzrə birdəfəlik sosial ödənişlər vətəndaşlara “Azərpoçt” vasitəsilə çatdırılır. Vətəndaşlar həmin vəsaiti “Azərpoçt”un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.

 

Son xəbərlər
Oxşar xəbərlər
X