Respublika üzrə pensiyaların aprel ayının 15-i tarixində tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondunun ictimai əlaqələr üzrə məsul şəxsi bildirir.
“Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək” – deyə, məlumatda qeyd edilir.
Ötən həftənin cümə axşamı açıqlanıb ki, DSMF tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.