9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Respublikaçılar Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edirlər

Prezident Donald Tramp respublikaçıların təzyiqlərinə baxmayaraq, Türkiyəyə qarşı sanksiyaları tətbiq etməyə cəsarət etmir.

Banker.az xəbər verir ki, Senator James Lankford qeyd edir ki, “Rusiyanın müdafiə sektoru ilə əməkdaşlıq edən ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi” ni nəzərdə tutan 2017-ci il qanununa uyğun olaraq Türkiyəyə qarşı müəyyən cəza tədbirləri tətbiq edilməlidir. Buna baxmayaraq, ötən həftə Tramp jurnalistlərə sanksiyaların tətbiq edilməsi məsələsini nəzərdən keçirmədiyini bildirib. Onun şübhəsi demək olar ki, bütün respublikaçı senatorları onunla görüşməyə sövq edib.

The Washington Post-un verdiyi məlumata görə, Donald Tramp NATO üzvləri arasındakı münasibətləri pozan qalmaqalda maraqlı deyil. Prezident öz diqqətini daxili problemlər üzərində cəmləşdirməyə qərar verib.

2017-ci il qanununa əsasən, Tramp administrasiyası 12 müxtəlif variantdan 5 sanksiya seçməlidir. Bunlara Türkiyə iqtisadiyyatının Amerikadan və digər ölkələrdən borc almaq hüququndan məhrum edilməsi, türk banklarının və müəssisələrin aktivlərinin dondurulması, Ankaranın xarici birjalarda əməliyyatlar aparmaq imkanından məhrum edilməsi və digər bir sıra tədbirlər daxildir.

Ankara Trampın sanksiyaların tətbiq edilməsi ideyasından imtina edəcəyini gözləyir.

Lankford F-35 satışlarını “hər kəsin qarşısında duran əsas məsələ” olduğunu bildirib. “Biz F-35 Türkiyəyə satmağı planlayırıq? Cavab – yox”, – deyə siyasətçi əlavə edir.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib ki, Ankara İncirlik aviabazasında amerikan qoşunlarının yerləşməsi məsələsini bir daha nəzərdə keçirəcəkdir.

Bu həftənin əvvəlində ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Jeffrey, Suriyanın şimal-şərqindəki kürdlərin nəzarətində olan bölgələrdə ABŞ-Türkiyə təhlükəsiz zonası ilə bağlı danışıqlar aparmaq üçün Ankaraya gəlmişdir. Buna baxmayaraq, Türkiyə təhlükəsiz zonaya zərbə endiriləcəyi təqdirdə kürdlərə hücum edəcəyini bildirib. Ankara Suriya kürdlərinin rəsmi şəxsləri ilə Vaşinqtonun Yaxın Şərqdəki generalı Kenneth MacKenzie-nin eyni vaxtda görüşməsinə qarşı çıxıb.

Son xəbərlər
Oxşar xəbərlər