5 C
Baku
Saturday, December 14, 2024

Restorandan sifariş edilən şaurmanın əti çiy çıxdı, Dövlət Agentliyi restoran sahibini cərimələdi

Gəncədə Atatürk pr., ev 226 ünvanında fəaliyyət göstərən, Mehmet Halis Ayaza məxsus “Padişah” restoranından sifariş edilən şaurmanın ətinin çiy olması aşkar olunub.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, Agentliyə daxil olan müraciətlə bağlı keçirilmiş plandankənar yoxlama zamanı aparılan araşdırmada müraciət təsdiqini tapıb.

Eyni zamanda restoranda sanitariya norma və qaydalarına riayət olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı aşkar olunub. Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması və müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunması barədə icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam edir.

Son xəbərlər
Digər xəbərlər