17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Restoranlardan sifariş üçün daha sərfəli şərtlərlə yemək çatdıran şirkətlər – Kim necə çatdırır? – Siyahı

Screen Shot 2021 09 02 at 14.34.20

Ölkədə bir ildir karantin rejiminin davam etməsi insanların yeni vərdişlərə yiyələnməsinə gətirib çıxardı. Bəzi sahələrdə yerində çatdırılma olmadığından restoran və kafelər onlayn formatda xidmət göstərməyə başladılar.

Hal-hazırda restoran və kafelərdə yerində xidmət mümkün olsada, insanlar yenə onlayn formatda xidmətlərdən yararlanırlar.

Bəs, görəsən, yemək çatdırılmasını həyata keçirən şirkətlər sifarişləri hansı zaman tezliyində və hansı qiymətə  ünvana çatdırırlar.

Banker.az bununla bağlı bir neçə kuryer xidmətinin fəaliyyətini araşdırıb.

Wolt ilə necə sifariş verə bilərəm?  Sifariş həm wolt.com veb-saytının, həm də iOS və Android üçün tətbiqin köməyi ilə mümkündür.

“Wolt” daşıma şirkəti” sifarişi ancaq onlayn qaydada qəbul edir. Hal hazırda minimal sifarişin həcmi 8 AZN, standart çatdırılma qiyməti isə 1.5 AZN təşkil edir.

Wolt дарит 30% бонусов при каждом заказе - статьи, истории, публикации |  WEproject

“Fooderos” sifarişi ancaq onlayn qaydada qəbul edir. Evə, ofisə hər hansı bir məkana sifariş etməyinizdən asılı olmayaraq, sifarişi  vaxtında və ən münasib qiymətlərlə çatdırır. Hal hazırda minimal sifariş məbləği yoxdur. Standart çatdırılma qiyməti isə 1.5 AZN təşkil edir.

Azərbaycanın 30 milyon manatlıq yemək çatdırılma bazarı haqqında. | by Anar  Huseynli | M. Azerbaijan | Medium

 “Hungry.az” bu xidmət də ancaq onlayn sifariş qəbul edir və digər daşıma şirkətlərindən fərqli olaraq çatdırılma müddəti barədə müştəriyə heç bir məlumat verilmir.

Hal hazırda minimal sifarişin həcmi 10 AZN, standart çatdırılma qiyməti isə 1.9 AZN təşkil edir.

Hungry.az - yemək sifarişi, ərzaq sifarişi

“Acqalma.az” minlərlə qidanın və ərzaqın çatdırılma xidmətini özündə cəmləşdirən bir intenet lahiyəsidir. Lahiyənin  xidməti tamamilə pulsuz, və çatdırılma şərtləri çox sadədir.

Hal hazırda minimal sifarişin həcmi 5 AZN, standart çatdırılma qiyməti isə yoxdur.

Acqalma – logo by Jamil Lazarev on Dribbble

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər