9 C
Baku
Sunday, December 21, 2025

Rett Lamb heç vaxt yatmır

Rett Lamb 2006-cı ildə Şennon və Devid Lambın ailəsində dünyaya gəlmişdir və həyatının ilk günlərindən ilk əvvəl valideynlərinin və yerli klinika həkimlərinin, daha sonra isə bütün dünyadan olan bir çox həkimin diqqətini özünə çəkdi.

Praktiki olaraq, Rett Lamb digər uşaqlardan heç nə fərqlənmir. Lakin günorta və ya axşam yuxusunun vaxtı çatanda uşağın davranışlarında dəyişiklik baş vermirdi – o həmişəki kimi şən olurdu və bir yerdə qərar tutmurdu. Ilk əvvəl Rettin belə davranışdan narahat olan valideynləri artıq getdikcə dəli olmağa başlayırdılar. Lakin bir müddət keçdikdən sonra ətrafdakılar körpənin xüsusiyyətlərinə, eləcə də ardınca peyda olmuş xəstəliyə alışmağa başladı. Bu fenomenlə maraqlanan həkimlər Retti çoxsaylı tibbi tədqiqatlara cəlb etdilər və nəhayət patologiya – Arnold-Kiari xəstəliyini aşkar etdilər.

Arnold–Kiari malformasiyası (AKM) – beyin əsasının quruluşunun anadangəlmə anomaliyası olub, beyincik toxumasının yuxarı servikal kanala fərqli protruziyası (serebellyar ektopiya), beyin kötüyünün yerini dəyişməsi yaxud əyilməsi və arxa kəllə çuxurunun natamam inkişafı ilə xarakterizə olunur. Bununla da, körpə beyninin orqanizmin normal fəaliyyətinə, o cümlədən yuxu, nitq və nəfəsalma kimi fəaliyyətlərə cavabdeh olan hissəsi sözün əsl mənasında sıxılmış vəziyyətdə idi.

Rett Lambın sağlamlığı hələ ki böyük qorxu doğurmasa da, onun vəziyyəti ilə bağlı təhlükə qalmaqdadır. Uşağın orqanizminin bu vəziyyətə nə qədər dayanacağı hələ ki bəlli deyil. Rett Lambın ömrünün nə qədər sürəcəyini zaman göstərəcək. Onun valideynləri ümid edirlər ki, körpələrinin bəxti gətirəcək – uşağın görkəmli həkimlərindən biri mütləq nə isə bir şey fikirləşəcək və körpənin varlığını rahatlaşdıra biləcək.

Son xəbərlər
Digər xəbərlər