Qətərlə Türkiyə arasında əldə olunan 10 milyard dollarlıq razılaşmanın 2 milyard dollarının yanvarın ilk günlərində Ankaraya çatacağı bildirilib.
Banker.az xəbər verir ki, bu barədə Rreuters məlumat yayıb.
Reuters-ə məlumat verən iki səlahiyyətli şəxs Qətər və Türkiyənin ümumilikdə 10 milyard dollara çatacaq resurs transferi mövzusunda razılaşdıqlarını xatırladaraq bildiriblər ki, indiyə qədər təxminən 1 milyard dollar vəsait daxil olub, ilin ilk həftələrində də 2 milyard dollar gələcək.
Noyabrın sonunda Reuters-də dərc olunan xəbərdə deyilirdi ki, Qətərin Türkiyəyə 10 milyard dollarlıq yeni resurs axını təmin etmək üçün danışıqların son mərhələsi həyata keçirilir və bu məbləğin 2-3 milyard dolları 2023-cü ildə Türkiyəyə çatacaq.