“Reuters”: ABŞ İranla müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raketlərin, demək olar, hamısını istifadə edib

ABŞ ordusu İranla beş ay davam edən müharibə zamanı yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatlarının böyük hissəsini istifadə edib.

Bu barədə  silah ehtiyatları ilə bağlı üç məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, söhbət əsasən ABŞ ordusunun yer-yer tipli ATACMS (Army Tactical Missile System) və PrSM (Precision Strike Missile) raketlərindən gedir.

Mənbələrdən ikisinin sözlərinə görə, ABŞ bu silahların “demək olar ki, hamısını” istifadə edib. Bu isə ölkənin gələcək mümkün münaqişələrə hərbi hazırlığı ilə bağlı narahatlıqları artırıb.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər