ABŞ Avropa Birliyinin Ukraynaya yardım etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə təşəbbüsünü dəstəkləyir.
Bu barədə “Reuters“ agentliyi mənbələrə istinadən məlumat verib.
“Vaşinqton AB-ni və bu aktivlərdən bir vasitə kimi istifadə etmək üçün hazırda atdığı addımları tam dəstəkləyir”, – məlumatda deyilir.
Mənbələrdən biri ABŞ-nin Lukoil və Rosneftə qarşı sanksiyaların nəticələrini izlədiyini deyib. Bir başqa mənbə isə Vaşinqtonun Rusiyaya təzyiqi artırmaq üçün bir çox variantı olduğunu bildirib.







