7 C
Baku
Tuesday, January 14, 2025

Reuters: ABŞ Konqresi Qrenlandiyanı almaq üçün qanun layihəsi hazırlayır

ABŞ Konqresi Qrenlandiyanın alınması ilə bağlı mümkün danışıqlar üçün əsas ola biləcək qanun layihəsi hazırlayır. Bu barədə “Reuters” agentliyi müvafiq sənədin surətinə istinadən məlumat yayıb. “Fox News Digital”in məlumatına görə, təşəbbüs on respublikaçı tərəfindən dəstəklənib.
“Reuters”in məqaləsində qeyd olunur ki, hazırda respublikaçılar bu sənədin lehinə Konqresdən dəstək cəlb etməyə çalışırlar. “Qanun layihəsi “Qrenlandiyanı yenidən möhtəşəm et” adını alıb”, – respublikaçılar Endi Oqles və Diane Harşbarger bildiriblər.
Adanın gələcəyi ilə bağlı sual ABŞ-nin gələcək prezidenti Donald Trampın ərazini almaq planlarını açıqlamasından sonra aktuallaşıb. O, Qrenlandiyanın dövlət tərkibində olmasını “mütləq zərurət” adlandırıb. Amerikanın “Patriot Polling” təşkilatının sorğusuna əsasən, Qrenlandiyada respondentlərin əksəriyyəti ABŞ-yə qoşulmaq istəyir.
Son xəbərlər
Digər xəbərlər