Birləşmiş Ştatlar Ukraynaya qarşı müharibənin başa çatması üçün danışıqlar zamanı Rusiyaya təzyiqi artırmaq məqsədilə yeni anti-Rusiya sanksiyalar paketi hazırlayıb.
Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən bildirib.
Onların məlumatına görə, yeni iqtisadi sanksiyalar paketinə bank və enerji sahələrində məhdudiyyətlər daxil ola bilər.
Agentlik qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə razılaşıb-razılaşmayacağı hələ aydın deyil.