Reuters: Aİ 21-ci sanksiyalar paketinə 90 Rusiya bankını daxil etməyi planlaşdırır

Avropa İttifaqı 21-ci sanksiyalar paketinə 170 fiziki şəxs və təşkilatı, o cümlədən 90 Rusiya bankını daxil etməyi planlaşdırır. Bu barədə diplomatik mənbələrə istinadən Reuters məlumat yayıb.

Agentliyin məlumatına görə, bu qərar qəbul edilərsə, sanksiyalar altında olan Rusiya banklarının sayı beynəlxalq əməliyyatlar həyata keçirən bütün Rusiya maliyyə təşkilatlarının təxminən yarısına çatacaq. Reuters bildirir ki, yeni məhdudiyyətlər Aİ-nin Rusiyanın maliyyə sektoruna təzyiqini daha da artırmağa yönəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər