Reuters: DeepSeek öz süni intellekt çipini hazırlayır

Çinin DeepSeek startapı süni intellekt sistemləri üçün öz çipini hazırlayır. Layihə hazırda modellərin öyrədilməsi və işləməsi üçün istifadə olunan Nvidia və Huawei həllərindən asılılığı azaltmağı hədəfləyir. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadə Reuters məlumat yayıb.

Agentliyin məlumatına görə, layihə üzərində işə təxminən bir il əvvəl başlanılıb. Reuters-in mənbələri bildirirlər ki, yeni çip yeni modellərin öyrədilməsi üçün deyil, inferens (inference) mərhələsi üçün nəzərdə tutulub. Bu mərhələdə artıq öyrədilmiş süni intellekt modeli istifadəçi sorğularını emal edir və cavablar yaradır.

İyunun 16-da The Wall Street Journal mənbələrə istinadən xəbər vermişdi ki, DeepSeek ilk investisiya raundu çərçivəsində 7,4 milyard dollardan çox vəsait cəlb edib. Nəşrin məlumatına görə, bu sövdələşmədən sonra şirkət Çinin ən bahalı süni intellekt startapına çevrilib.

Aprelin 24-də DeepSeek yeni böyük dil modeli olan DeepSeek-V4-ü təqdim edib. Şirkət modelin agent imkanlarının nəzərəçarpacaq dərəcədə təkmilləşdirildiyini bildirib. Bloomberg isə xəbər vermişdi ki, DeepSeek-V4 modelinin buraxılışı şirkətin yerli istehsal çiplərinə keçmək qərarına görə gecikib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər