Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard həmkarlarını əmin edib ki, o, hələ də öz işinə fokuslanıb və istefaya getmək niyyətində deyil. O, istefa vermək qərarı olarsa, bu barədə məlumat verəcəyinə söz verib. Bu barədə “Reuters2 agentliyi Laqardın göndərdiyi mesaja istinadən mənbələrə əsaslanaraq bildirib.
Mesajın alıcıları bunu Kristin Laqardın ECB-dən dərhal ayrılmağı planlaşdırmadığının sübutu kimi qiymətləndiriblər, baxmayaraq ki, belə ehtimalın tam istisna olunmadığı qeyd edilir. Tənzimləyici qurumun nümayəndəsi bu məlumatı şərh etməkdən imtina edib.
Kristin Laqard ECB-yə 2019-cu ilin noyabrında rəhbərlik etməyə başlayıb. “Financial Times” dünən yazmışdı ki, Laqard səlahiyyət müddəti 2027-ci ilin oktyabrında rəsmi olaraq başa çatmazdan əvvəl istefa verməyi planlaşdıra bilər. Bankın rəhbəri Avropa Şurası tərəfindən səkkiz illik müddətə təyin olunur və yenidən təyin olunma imkanı yoxdur.







