OPEC+ ölkələri könüllü azalmanın uzadılması ilə bağlı rəsmi danışıqlara hələ başlamayıb. İstehsalını azaldan dövlətlərin agentlik mənbələri, tələbat artmasa, ölkələrinin qərarı uzada biləcəyini bildirib, “Reuters” yazır.
Həmsöhbətlərdən biri bildirib ki, ixtisarlar ilin sonuna qədər uzadıla bilər. Başqa bir mənbə qeyd edib ki, OPEC+ yalnız “təlabatın gözlənilməz artımı” halında dəyişikliklər edəcək.
OPEC şərhlərə cavab verməyib. Xatırladaq ki, OPEC+ iclası iyunun 1-də Vyanada keçiriləcək.
Aprelin əvvəlində Vyanada OPEC+ monitorinq komitəsinin iclası keçirilib. İclasın yekunları üzrə komitə alyans ölkələri tərəfindən sazişin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib. OPEC+ komitəsi neft hasilatının həcminin dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib.