2 C
Baku
Saturday, December 14, 2024

Qərb Rusiyaya tankerlərin satışına qadağa qoyulması ilə bağlı razılığa gələ bilməyib

Avropa İttifaqı ölkələri Avropa Komissiyasının təklif etdiyi 12-ci sanksiyalar paketində Rusiyaya tankerlərin satışının qadağan edilməsi ilə bağlı razılığa gələ bilmədilər.

Bu barədə Brüsseldəki diplomatik mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Avropa Komissiyası ilkin olaraq köhnə tankerlərin Rusiya şirkətlərinə, eləcə də Yeddilik Qrupunun Rusiya neftinə tətbiq etdiyi qiymət tavanından yan keçmək üçün öz tankerlərindən istifadə edə bilən şirkətlərə satışını qadağan etmək istəyirdi. Lakin bu təklifdən imtina olunub.

Qeyd olunub ki, belə bir təşəbbüsə güclü dəniz nəqliyyatı şirkətləri olan Aralıq dənizi ölkələri tərəfindən veto qoyulub və bu qərarın onların rəqabət qabiliyyətliliyinə xələl gətirəcəyi bildirilib.

Son xəbərlər
Digər xəbərlər