Qara dənizdə “Royad Mammadov” yük gəmisndə yanğın olub, ölən və yaralanan var

Yenilənmə: 16.00

Rumıniyanın Fövqəladə Hallar Baş Müfəttişliyinin məlumatına görə, Qara dənizdə hadisə baş verən gəmi batıb. Ekipajın 11 üzvü xilas edilib, 2 nəfərin öldüyü müəyyənləşib. Üç yaralı helikopterlə təxliyə olunub, daha 8 nəfər xilasetmə gəmilərinə götürülüb. Bir dənizçinin axtarışı davam edir.

Hadisə Rumıniyanın eksklüziv iqtisadi zonasında, Sfântu Gheorghe-dən təxminən 30 dəniz mili cənubda baş verib.


Rumıniya hakimiyyəti bazar ertəsi Qara dənizdə, ölkənin ərazi sularından kənarda gəmidə baş verən yanğın nəticəsində iki nəfərin öldüyünü, 11 ekipaj üzvünün isə xilas edildiyini bildirib.

Banker.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Rumıniyanın Daxili İşlər Nazirliyi hadisənin batmaqda olduğu bildirilən gəmidə baş verdiyini açıqlayıb. Rumıniya Dəniz Administrasiyası söhbətin “Royad Mammadov” gəmisindən getdiyini təsdiqləyib.

“Royad Mammadov” (IMO 9356969) quru yük gəmisinin rəsmi qeydiyyat sahibi “MG Shipping 5 Co Ltd” şirkətidir. Gəminin kommersiya idarəçiliyini “Spring Marine Denizcilik”, ISM — təhlükəsizlik və istismar idarəçiliyini isə “Palmali Gemicilik ve Acentelik” həyata keçirir.

Hakimiyyət orqanları yanğının səbəbi barədə hələlik məlumat verməyib.

Rumıniya mediası gəminin Türkiyə ilə əlaqəli olduğunu və taxıl daşıdığını yazıb. Hadisənin Rumıniyanın enerji şirkəti “OMV Petrom”un idarə etdiyi neft platformasının yaxınlığında baş verdiyi bildirilir.

“VesselFinder” məlumatlarına görə, Sent-Kits və Nevis bayrağı altında üzən gəmi İtaliyanın Ravenna limanına gedirdi. Gəminin son dayanacağı Ukraynanın İzmail limanı olub.

Rumıniyanın Ukrayna ilə 614 kilometrlik quru sərhədi var. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ölkə ərazisində Rusiya dronlarının hava məkanını pozması, həmçinin Qara dənizdə əsas ticarət və enerji marşrutları boyunca üzən minaların aşkarlanması halları qeydə alınıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər