9 C
Baku
Sunday, November 17, 2024

“Reuters”: Rusiya aktivlərindən istifadə ilə bağlı dialoqda irəliləyiş əldə olunub

“Böyük yeddilik” (G7) ölkələri Rusiya Federasiyasının dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirin istifadəsi üzrə danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.

Bu barədə “Reuters” agentliyi G7 qrupunun maliyyə nazirlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.

“Ukraynanın ehtiyacları üçün Rusiya Federasiyasının dondurulmuş suveren aktivlərindən istifadə etməklə ciddi mənfəət əldə etməyin potensial yollarını müzakirə etməkdə irəliləyirik”, – layihədə deyilir.

Son xəbərlər
Digər xəbərlər