15 C
Baku
Tuesday, October 21, 2025

“Reuters”: Rusiya Gürcüstanda neft emalına başlayır

Rusiya öz neftinin bir hissəsini artıq Gürcüstanda emal etməyə başlayır.

Bu barədə “Reuters“ məlumat verib.

Agentliyin yaydığı məlumata görə, Rusiyanın “Rusneft” şirkəti ilk dəfə olaraq xam neftini Gürcüstanın Kulevi limanına göndərib. Siberian Light markalı 105 min ton neft Novorossiysk limanından Kuleviyə çatdırılıb.

Yeni inşa edilən Kulevi Neft Emalı Zavodu illik 1,2 milyon ton, yəni gündəlik təxminən 24 min barel neft emal etmək gücünə malikdir. Bu da Rusiyanın sanksiyalar səbəbilə daxili emal gücündə itkiləri kompensasiya etmək üçün regionda yeni alternativlər axtardığını göstərir.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, Ukraynanın neft infrastrukturuna endirdiyi hava zərbələri nəticəsində Rusiyanın neft emalı həcmi gündəlik 500 min barel azalıb.

Agentlik onu da diqqətə çatdırıb ki, Gürcüstandakı bu yeni zavod Kreml üçün alternativ emal məkanı rolunu oynaya bilər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər