Şəkərin qiyməti son illərin minimum səviyyəsinə – bir funt (təxminən 0,45 kq) üçün 14,47 sentə enib. Bu, istehsalın sabitliyi və arıqlama preparatlarının uğuru səbəbindən qiymətlərə olan təzyiq fonunda baş verib.
Bu barədə “Reuters” yazıb.
Məlumata görə, qiymətlərin enməsinə səbəb olan amillərdən biri də nüfuzlu Braziliya konsaltinq şirkəti “Datagro”nun ötən həftə verdiyi proqnozdur. Şirkət 2025/26-cı illərdə qlobal şəkər profisitini 1,98 milyon ton səviyyəsində qiymətləndirib, halbuki daha əvvəl 5 milyon tonluq defisit gözlənilirdi.
Material yayımlandığı anda qiymət enişi daha da sürətlənərək bir funt üçün 14,43 sentə düşüb, bu da 3,61 faiz azalma deməkdir.







