22 C
Baku
Wednesday, June 26, 2024

“Reuters”: Trampın qələbəsi inflyasiyanı sürətləndirə və dolları gücləndirə bilər

Donald Tramp keçən həftə cinayət törətməkdə günahlandırılan ilk ABŞ prezidenti olub, lakin Uoll-Stritin investorları onun hələ də prezidentliyi qazanmaq şansının yüksək olduğuna inanırlar və Ağ Evə qayıtmasının bazarlara necə təsir edəcəyini düşünürlər.

Ümumilikdə, Trampın qələbəsi fond bazarının böyüməsinə və dolların möhkəmlənməsinə töhfə verə bilər, investorlar deyirlər. Lakin onun təklif etdiyi tariflər və vergi güzəştləri inflyasiyaya təkan verə və ABŞ dövlət istiqrazlarına zərər verə bilər. Proqnozun təfərrüatlarını “Reuters” agentliyi təqdim edir.

Səhmlər

S&P 500 vergilərin azaldılması və infrastruktur xərcləri, habelə Çin ilə ticarət müharibəsi və COVID-19 pandemiyasının başlaması ilə yadda qalan Trampın dövründə 68% yüksəlıb. Baydenin rəhbərliyi altında S&P 500 38% bahalaşıb. Eyni zamanda, müstəqil broker “LPL Financial”ın təhlili göstərir ki, ilin əvvəlindən S&P 500 Trampın qalib gəlmə şansı fonunda artıb.

Birja bazarı üçün Trampın ikinci prezidentlik müddətinin potensial təhlükələri arasında yüksək tariflər və ticarət müharibəsi qeyd olunur. ABŞ-nin ticarət kəsirini aradan qaldırmaq üçün Tramp bütün Çin mallarına 60% və ya daha yüksək rüsum təklif edib. “Deutsche Bank”ın analitikləri deyirlər ki, ticarət proteksionizmi zəif artım və yüksək inflyasiya hesabına gəlirləri artıraraq “mənfi təklif şoku” kimi çıxış edə bilər.

İstiqrazlar və faiz dərəcələri

İnvestorlar deyirlər ki, Trampın vəd etdiyi vergi güzəştlərinin uzadılması büdcə kəsirinin artmasına və inflyasiyanın sürətlənməsinə kömək edə bilər. Bu, ABŞ dövlət istiqrazlarına tələbin azalmasına və FED faizlərinin yüksəlməsinə gətirib çıxaracaq.

Valyutalar

Trampın ilk prezidentlik dövründə dollar valyuta səbəti qarşısında təxminən 10% ucuzlaşıb, lakin onun hakimiyyəti dolların 15% artdığı iki illik dövrü əhatə edib.

Eyni zamanda, daha yüksək ticarət tarifləri Trampın dövründə dəyişkənliyə məruz qalan Meksika pesosu və Çin yuanında dalğalanmalara səbəb ola bilər. İsveç kronu və Polşa zlotisi kimi kiçik Avropa valyutaları daha çox təsirlənə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər